Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şəhid Elmin Əlizadə torpağa tapşırıldı

86

Dövlət sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı 2 gün əvvəl həlak olan Azərbaycan Ordusunun əsgəri Əlizadə Elmin Samir oğlu noyabrın 18-də Mingəçevirdə dəfn edilib.

“Unikal”ın məlumatına görə, Elmin Əlizadə Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin tabutu üzərinə sərilən bayraq onun atasına verilib. Dəfn mərasimi hərbi orkestrin müşaiyəti ilə keçirilib, şəhidin xatirəsinə yaylım atəşi açılıb.

Elmin Əlizadə ailənin yeganə oğul övladıdır və bir bacısı var.

Mingəçevirli rəssamlar Zəfər Gününədək 63 şəhidin portretini çəkdilər Mingəçevirdə izdihamlı anım günü “Bircə ayağı qalmışdı…” – HƏRBİ HƏKİM MÜHARİBƏDƏN DANIŞIR

 

Şərhlər bağlıdır.