Bu sözləri dekabrın 21-də xidmət idarələrinin rəhbərləri ilə görüş zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib. O, əlavə edib ki, bazar ətrafında nəqliyyatın hərəkət vəziyyəti bərbad haldadır: “Şəhərin taksi xidməti, 8 saylı xətt üzrə hərəkət edən marşurutları həm ekologiyaya, həm də yol infrastrukturuna ziyan vururlar. Nəqliyyat, ekologiya, yol polisi idarələrinin rəhbərlərinə göstəriş verirəm ki, problemi aradan qaldırsınlar”.
Başçı xidməti rəhbərlərə başqa tapşırıq və tövsiyyələrini də verib. İlham İsmayılov qeyd edib ki, əhaliyə dayanıqlı, keyfiyyətli, normal xidmət göstərmək birinci dərəcəli vəzifədir: “Şəhərdə müxtəlif sahələr üzrə xeyli işlər görülüb. Parklar, xiyabanlar salınıb və bu işlər davamlı olacaq. Suvarılma suyu ilə bağlı məsələ yaxın vaxtlarda həllini tapacaq. Lakin buna baxmayaraq problemlər qalmaqdadır. Şəhərin su–kanalizasiya xətlərində aparılan işlər hələ başa çatmayıb. Qazıntı işləri isə insanlar üçün problemlər yaradır. Podaratçı təşkilatlar vəzifələrinə məsuliyyətlə yanaşmalıdılar. Əgər qaz, iışq, su idarələri qəza ilə bağlı qazın, suyun, işığın verilişində fasilələrə yol verərlərsə, əvvəlcədən əhaliyə xəbərdarlıq edilməlidir. Ümumiyyətlə kommunal xidmətlərdə yaranan fasilələr qısa vaxtda aradan qaldırılmalıdır. Sahibsiz itlərin zərərsizləşdirilməsi istiqamətində də tədbirlər davam etdirilməlidir”.
Başçı vurğulayıb ki, heç kəs problemi gizlətməməlidir: “Əgər sizin mərkəzi qurumunuzla probleminiz olarsa, bizə bildirin.”.
Görüşdə kommunal xidmət sahələrinin rəhbərləri narahat olduqları məsələlərdən söz açıblar.
Şərhlər bağlıdır.