Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şərqi Aralıq dənizində “Qaz Diplomatiyası”nın mülki şəxslərə mənfi təsirləri

Sivillər üzərindəki ən önəmli iqtisadi təsirlərdən biri gəlirin vətəndaşlar üzərində  bərabər paylanmamasıdır

 Giriş

Dünyanın enerji tələbi artmağa davam edərkən, Şərqi Aralıq dənizində, açıq dəniz təbii qaz rezervlərinin kəşfi böyük marağa səbəb oldu və qlobal enerji gücləri bu qaynaqlara sahib olmaq üçün rəqabət girdilər. Bölgənin geosiyasi mənzərəsi sürətlə dəyişir; sərhəd anlaşılmazlıqları, hərbiləşmə və fərqli aktorlar arasındakı çəkişmələr bu ərazinin təbii sərvətlərinin ortaq idarə edilməsinə olan ehtiyacı daha da qarışıq hala gətiri. Bu gərginlik əsas müzakirə mövzusu olarkən, qaz diplomatiyasının sivil xalq üzərindəki təsirlərinə çox daha az diqqət edilmişdir. Bu məqalə, qaz diplomatiyasının Şərqi Aralıq dənizi regionunda yaşayan sivillər üzərindəki iqtisadi, sosial ve regional təsirlərini ön plana çəkir.

İqtisasdi təsirlər

Açıq dəniz təbii qaz rezervlərinin araşdırılması və çıxarılması, qaz diplomatiyası müzakirələrinə daxil olan ölkələrə iqtisadi faydalar vermə potensiyalına sahibdir. Təbii qazın ənənəvi fosil yanacaqlarına alternativ olaraq yüksəlişiylə birlikdə, Şərqi Aralıq dənizində qaz rezervlərinin kəşfi regional enerji təminatı və iqtisadi böyümənin artması üçün yeni imkanlar yaratdı. Ancaq qaz diplomatiyasının iqtisadi imkanlarının yerli xalqlara faydası kifayət qədər olmadı və dövlətlərin əldə etdiyi iqtisadi qazanclar ilə sivil xalqın əldə etdiyi qazanclar arasında ciddi fərqlər var.

Sivillər üzərindəki ən önəmli iqtisadi təsirlərdən biri gəlirin vətəndaşlar üzərində  bərabər paylanmamasıdır. Bu regionda təbii qaz sənayesi, ciddi infrastruktur yatırımlarına sahibdir və qaz ixracatının faydaları əsas olaraq dövlət xəzinələrinə, beynəlxalq şirkətlərə ve kiçik elit qruplara aiddir. Bunun əksinə isə, bölgədəki yerli topluluqlar ciddi iqtisadi faydalar görmür. Əlavə  olaraq, yüksək yaşam xərcləri və infliyasiya, varlı və yoxsullar arasındakı bərabərsizliyin daha da dərinləşməsinə və yoxsulluq göstəricisinin artmasına yol açmışdır.Digər bir problem isə qaz diplomatiyası ilə bağlı iqtisadi artış qeyri-neft,qaz sektorlarının iflasa uğramasına səbəb olmuşdur.Məsələn, bölgədə dağ-mədən fəaliyyətinin genişlənməsi balıqçılıq və turizm kimi yerli sənayelərin marjinallaşdırılmasına səbəb oldu. Bu, da çox vaxt yaşam gəlirlərinin itirilməsi ilə nəticələnirdi. Nəticə olaraq, bir çox ailə yaşam  xərclərinin təmin edilməsi ilə bağlı iqtisadi və sosial sıxıntılarla üzləşirdi.

Sosial Təsirlər

Qaz diplomatiyası sadəcə bölgənin iqtisadi gerçəkliyini dəyişdirmədi, eyni zamanda Şərqi Aralıq dənizinin sosial quruluşunu da yenidən formalaşdırdı. Özəlliklə də qaz diplomatiyası, böyük sosial xərcləri olan icmaların məcburi yerdəyişməsinə və parçalanmasına gətirib çıxardı.

İlk olaraq, yeni boru xətlərinin və qaz infrastrukturunun tikintisi torpaqların alınmasını tələb edir ki, bu da çox vaxt yerli icmaların məcburi köçürülməsi ilə nəticələnirdi. Bu, qarşılıqlı məsləhətləşmələr və ya kompensasiyalar olmadan həyata keçirilir, nəticədə sosial gərginliyi daha da artırır və müxtəlif icmalar arasında münaqişələri artırır. Qaz diplomatiyasında köçürülmə nəticəsində yaranan məcburi köçkünlük təsirinə məruz qalmış icmaların mənəvi, mədəni və sosial quruluşunu təhdid edir, mədəni deqradasiyaya və sosial parçalanmaya səbəb olmuşdur.

İkinci məsələ isə qaz diplomatiyası, torpaq tələbləri, verilən müavinətlərin bölüşdürülməsi və yerli iş yerlərinin bölüşdürülməsi ilə bağlı mürəkkəbliyi nəzərə alaraq, icmadaxili və icmalararası münaqişələr artır.Bu çəkişmələr, qonşu ölkələr arasındakı hakim məzhəb ayrılıqları və bu məzhəb ayrılıqlarının, mülki əhalinin zərərinə silahlaşdırılması bölgədəki vəziyyəti dahada ağırlaşdırır.

Regional Təsirlər

İqtisadi və sosial təsirləri ilə yanaşı, qaz diplomatiyası mövcud yerli yaşayış vasitələrinə mane olmaq və gələcək ekoloji fəlakətlərə təkan vermək potensialına malikdir..İlk olaraq, qaz boru kəmərlərinin və açıq dəniz platformalarının inşası, adətən çevrəyə zərər verən ağır texnikanın istifadəsini tələb edir ki, buda təbiət ünsürlərini yararsız hala gətirir. Bu fəaliyyətlər, balıqçılıq təsərrüfatının məhv edilməsi də daxil olmaqla dəniz məhsullarının çirklənməsinə və öz tələbatlarını balıqçılıqla təmin edən yerli topluluqlara çox böyük təsir etmişdir.

Sızıntı səbəbiylə kirlənən su və torpaq, burda yaşayan insanların sağlamlığına ciddi zərər verə biləcək xəstəliklərə yol açamaq etimalı artmışdır. Qeyd edilən bu, bir neçə ehtimalın baş verməsinin çox yaxın olduğunu nəzərə alsaq əminliklə qeyd edə bilərik ki,bu əhalinin pisxoloji gərginliyinə səbəb olur. İnsanlar özlərini təhlükəsizlikdə hiss etmir. Bu da demoqrafik dəyişikliklərin başlıca səbəblərindən biridir.

Nəticə

Qaz diplomatiyası Şərqi Aralıq dənizi üzərində yürüdülən geosiyasətin yenidən qurulmasına və bölgədəki yerli əhalinin həyatının demək olar ki, bütün sahələrinə mənfi təsirinə səbəb olmuşdur. Zorla köçürülmə, yerli sənaye sahələrinin marginallaşması, ekoloji pozuntular və artan sosial və iqtisadi bərabərsizlik də daxil bu diplomatik gərginlikdən qaynaqlanan bir çox problemlər, davamlı olaraq diqqət yetirilməli olan mövzulardır. İdarəetmədə yenidənqurma tədbirləri, ətraf mühitin mühafizəsi, sosial bərabərlik və resursların bölüşdürülməsində yerlilərin iştirakının prioritetləşdirilməsi qaz diplomatiyasını həm dövlətlərə, həm də mülki şəxslərə fayda verən bir diplomatiya edəbilər.

İntiqam HÜSEYNOV

Şərhlər bağlıdır.