Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Səyyar Gənclər Paytaxtı Zərdabda

Gənclər həm əyləndilər, həm də öyrəndilər

“Gənclər Paytaxtı 2023” çərçivəsində “Səyyar Gənclər Paytaxtı” layihəsi keçirilib. Zərdab Gənclər Evində baş tutan görüş zamanı Mingəçevir Gənclər Evinin əməkdaşları tərəfindən şagirdlər üçün interaktiv təlim proqramı təşkil olunub. Arzu Şərifova  “Günümüzün xəstəliyi: Sosial şəbəkə asılılığı”, Hikmət Qaffarov “Bədən dili”, Eşqin Məmmədov “Nitq bacarıqları”, Samrin xanlayev  “Komanda quruculuğu və Liderlik” barədə danışıblar. Samrin Xanlayev  və Ruziyyə Məmmədova təlimlərin formatına uyğun energizerlər keçirib. Elşən İsmayılov isə gitara ifasında gənclərə musiqili anlar yaşadıb.

Ümumilikdə bol informasiyalı və əyləncəli keçən görüş zamanı gənclər həm əylənib, həm də öyrənib. Sonda bütün iştirakçılara sertifikat və hədiyyələr verilib.

Şərhlər bağlıdır.