Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Şəhərdə tikintinin əsas göstəriciləri

2022-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərdə 147 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 61 ev və ya 29,3 faiz azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında istifadəyə verilmiş fərdi evlərin ümumi sahəsi 18416,8 kv.metr, yaşayış sahəsi isə 8362,3 kv.metrdir. 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq fərdi evlərin ümumi sahəsi 31,9 faiz və ya 8644,0 kv.metr, yaşayış sahəsi isə 35,2 faiz və ya 4535,5 kv.metr azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında istifadəyə verilmiş yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin dəyəri 7963,5 min manatdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə fərdi yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin dəyərindən 3803,0 min manat və ya 91,4 faiz çoxdur.

Diaqramda 2022-ci ilin yanvar-sentyabr ayları əhalinin şəxsi vəsaiti hesabına tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin göstəriciləri əvvəlki illərin müvafiq dövrü ilə müqayisəsi verilmişdir.

2022-ci ilin yanvar-sentyabr aylarında 12591,8 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 4340,5 min manatı və ya 34,5 faizi dövlət, 8251.3 min manatı və ya 65,5 faizi isə qeyri-dövlət sektorunun payına düşür.

2022-ci ilin yanvar-sentyabr aylarında şəhərdə əsas kapitala cəmi 24144,9 min manat investisiya yönəldilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Cəmi investisiyanın 15893,6 min manatı və ya 65,8 faizi dövlət, 8251,3 min manatı və ya 34,2 faizi isə qeyri-dövlət sektoruna yönəldilmişdir.

2022-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyalardan tikinti-quraşdırma işlərinə 22892,4 min manat investisiya qoyulmuşdur ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində əsas kapitala yönəldilmiş investisiyaların və ondan tikinti-quraşdırma işlərinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisəsini qrafikdən görmək olar.

2022-ci ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən podratçı təşkilatlar və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş işlərin dəyəri 12205,2 min manat olmuşdur ki, bu da 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5891,5 min manat və ya 93,3 faiz çoxdur. 2022-ci ilin yanvar-sentyabr aylarında cəmi yerinə yetirilmiş tikinti işlərinin 13,2 faizi və ya 1609,3 min manatı dövlət mülkiyyətində, 86,8 faizi və ya 10595,9 min manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatlar və fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. 2022-ci ilin yanvar-sentyabr aylarında yerinə yetirilmiş ümumi tikinti işlərinin 3449,1 min manatı və ya 28,2 faizi tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi, 1558,2 min manatı və ya 12,8 faizi əsaslı təmir işləri, 6403,4 min manatı və ya 52,5 faizi cari təmir işləri, 794,5 min manatı və ya 6,5 faizi isə sair işlərdir.

Şərhlər bağlıdır.