Rusiya keçmiş SSRİ-də doğulan hər kəsə vətəndaşlıq vermək üçün qanun hazırlayır
“İndi SSRİ-də doğulmuş bütün insanlara Rusiya vətəndaşlığı əldə etmək üçün gözəl bir fürsət yaranıb. Xarici vətəndaşlıqdan imtina edilməsi üçün sonsuz sayda sənəd toplamaq lazım deyil”.
Bu məlumat “Komsomolskaya Pravda” qəzetində nəşr olunub. Qəzetin yazdığına görə, layihə Dövlət Dumasının Milli İşlər Komitəsi tərəfindən təsdiqlənib. Layihə Rusya vətəndaşlığın əldə etmək prosesini, xüsusən də rus dilində danışanlar üçün asanlaşdırır. Təsdiq olunmuş qanun layihəsinə əsasən, mövcud qanunvericiliyə aşağıdakı iki düzəlişlər tətbiq edilməlidir:
Qanunun hazırlanmasına və işlənməsinə izahlı qeydə uyğun olaraq. Rusiyada və keçmiş SSRİ ərazisində doğulan insanlar bundan sonra yerli rus dilində danışa bildikləri halda Rusya vətəndaşı hesab edilirlər.
Başqa bir məqam bu insanların asanlıqla oturma izni ala bilməsinin nəzərdə tutulmasıdır. Belə ki, xarici vətəndaşlıqdan imtina etmədən, heç bir sənəd toplamadan Rusiyada otrum almaq mümkün olacaq.
Layihə əvvəlcə parlamentin üzvü, MDB işi, Avrasiya inteqrasiyası və vətəndaşlarla əlaqələr üzrə komitə sədrinin birinci müavini, Konstitusiya Partiyasının üzvü Konstantin Zatulinin təklifi ilə təqdim olunub və sonra ona “Birlik Rusiya” partiyasının digər üzvləri- Artem Turov, Natalia Poklonskaya və Umaxan Umaxanov da qoşulublar.
Yaxın gələcəkdə layihənin Dövlət Dumasının digər komitələri tərəfindən nəzərdən keçiriləcəyi, sonra səsverməyə çıxarılacağı gözlənilir. Qəzetin yazdıqınq görə bu layihənin qəbul olma ehtimalı çox yüksəkdir.
Şərhlər bağlıdır.