11 noyabr 2020-ci il Mingəçevir şəhərinin yaradılması günüdür.
Sevindirici haldır ki, Mingəçevir şəhərinin 72 illiyi Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə etdiyimiz tarixi Qələbənin sonsuz sevincini yaşadığımız günlərə təsadüf edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərimizin ideyalarına əsaslanan uğurlu siyasəti nəticəsində davamlı şəkildə güclənən və qüdrətlənən ölkəmizin hərtərfli inkişafında dördüncü ən iri sənaye şəhərimiz olan Mingəçevir də mühüm paya sahibdir.
Ölkə başçısı tərəfindən regionların inkişafına göstərilən yüksək diqqət və qayğı sayəsində hazırda Mingəçevirdə geniş abadlıq və quruculuq işəri həyata keçirilir, infrastruktur modernləşir.
Mingəçevir şəhəri ölkəmizdə təhsil, elm, səhiyyə, mədəniyyət, incəsənət və digər sahələrin də inkişafına əhəmiyyətli töhfələr verir.
Mingəçevir geniş yaşıl parkları, səliqəli və təmiz küçələri, işıqlı yolları, müasir tikililəri ilə göz oxşayır və şəhərimizin qonaqlarında xoş təəssüratlar yaradır.
Bu əlamətdar gün münasibətilə bütün mingəçevirliləri, o cümlədən Mingəçevir Dövlət Universitetinin professor-müəllim və inzibati-texniki heyət üzvlərini, tələbə, magistrant və məzunlarını ürəkdən təbrik edirəm.
#Mingəçevir #Mingəçevir72
#MDU #MingəçevirDövlətUniversiteti
#MSU #MingachevirStateUniversity
Şərhlər bağlıdır.