AzərbaycanElm və təhsilMDUXəbərlər

Şanlı qələbənin dəyəri bizim üçün misilsizdir

Bakı, 10 noyabr, AZƏRTAC

Şübhəsizdir ki, Azərbaycan tarixində, milli yaddaşımızda qızıl hərflərlə həkk olunan 10 noyabr günü, sözün əsl mənasında, doğma yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyət tarixidir. Ümummilli liderimiz Heydər Əliyevin “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” söyləməklə gələcəyimizə olan böyük inamı bu gün onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən bütün istiqamətlərdə, o cümlədən ərazi bütövlüyümüzün təmin edilməsində gerçəkliyə çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

O bildirib ki, cari ilin 27 sentyabr tarixindən başlayaraq, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımızın həm döyüş meydanında, həm də diplomatik danışıqlarda qazandığı zəfərlər hər birimizdə böyük fəxarət hissi yaradıb. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Əminik ki, milli birliyimizi və həmrəyliyimizi daha da gücləndirən bu əlamətdar hadisə müasir Azərbaycan tarixinin şanlı səhifələrinin yazılması ilə yadda qalacaq.

“Böyük çətinliklər bahasına başa gələn bu şanlı qələbənin dəyəri bizim üçün misilsizdir. Müharibədən çıxardığımız tarixi dərsləri heç zaman unutmamalıyıq. Bu müharibədə, bir tərəfdən müasir dünyanın haqsızlıqlara, ədalətsizliklərə və aşkar terror cinayətlərinə göz yummasına, düşmənin bəzi “fake” xəbərlərinə isə dərhal reaksiya göstərərək münaqişənin həllinin öz maraqlarına uyğun dəyişməyə çalışmasına, digər tərəfdən isə qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyinə, etibarlılığına və ən başlıcası, yüksək vətənpərvərlik və qələbə ruhuna köklənən xalq-dövlət-ordu birliyinin sarsılmazlığına şahid olduq. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənəzərəsində öz mövqeyini daha da gücləndirəcək”, – deyə Şahin Bayramov vurğulayıb.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close