Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində 2 ay müddətində davam edən təlim proqramına müvəffəqiyyətlə başa çatıb. Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan qadınlara sosial sahibkarlıq, biznes planın və marketinq strategiyasının hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlılığı, ünsiyyət bacarıqları, emosional zəka, şəxsi inkişaf və s. modullar üzrə təlim sessiyaları təşkil olunub. Təlimi uğurla başa çatdıran xanımlar sosial sahibkarlıq üzrə biznes ideyalarını hazırlayaraq juriyə təqdim ediblər. Uğurlu namizədlər ikinci mərhələdə öz fəaliyyətlərinə mentorlarla davam etdirəcəklər.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
BDU-nun jurnalistika fakültəsini bitirib. 20 yaşından mətbuatda çalışır. 1999-cu ildən "Mingəçevir işıqları" qəzetinin təsisçisi və baş redaktorudur. "Qızıl Qələm", H.B.Zərdabi, Ali Media mükafatlarına, Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Şərhlər bağlıdır.