Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Regional idarənin rəisi Mingəçevir şəhər Dövlət Rəmzləri muzeyində olub

471

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova muzeyin fəaliyyəti ilə yaxından olmuş, orada sərgilənən ayrı-ayrı dövrlərə uyğun Azərbaycan xəritələri, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, Orta Əsr Azərbaycan dövlətlərinin və xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar ilə yaxından tanış olmuşdur.

Muzeyin eksponatları arasında Azərbaycan Orta Əsr əsgərlərinin döyüş geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, Azərbaycan SSR-nin gerbləri və bayraqları, Silahlı Qüvvələrin mərasim geyim formaları və döyüş bayraqları, ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin andiçmə mərasiminə aid fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamlar, poçt markaları, orden, medal, fəxri ad və döş nişanları nümayiş olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.