“Region Psixoloqlarının Əsas Həyat Bacarıqları Marafonu”adlı layihəsinin təltifetmə və bağlanış mərasimi keçirildi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə Vl Qrant müsabiqəsi çərçivəsində qalib olan Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbin müəllimi Aysel Mahmudovanın “Region Psixoloqlarının Əsas Həyat Bacarıqları Marafonu”adlı layihəsinin təltifetmə və bağlanış mərasimi keçirildi.
Açılışda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, sektorun əməkdaşı Mirtaleh İsmayılzadə, layihə rəhbəri Aysel Mahmudova, layihənin eksperti Etiram Sadıqzadə ümumi təhsil məktəblərinin psixoloq və müəllimləri iştirak ediblər.
Çıxış edənlər qrant müsabiqəsinin, xüsusi ilə bu layihənin əhəmiyyət və mahiyyətindən danışıb. Bildirib ki, layihənin məqsədi regionlarda fəaliyyət göstərən psixoloqların müasir praktiki biliklərini artırmaq və “Həyat bacarıqları” psixoloji təlim proqramı üzrə həmin psixoloqları təlimləndirməkdən ibarətdir.
Daha sonra tədbir iştirakçıları ilə layihə çərçivəsində müxtəllif mövzular üzrə fikir mübadiləsi aparılıb. Sonda layihə iştirakçıları sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, 3 ay davam edən layihə çərçivəsində təlimçi Elmar Rəşidli tərəfinfən 3 modul üzrə 12 mövzunu əhatə edən 6 təlim və praktiki fəaliyyətlər həyata keçirilib.
Şərhlər bağlıdır.