“Rəqs ruhun sirli dili”dir
Yeniyetmə gənclər arasında həyata keçirilən “Rəqs ruhun sirli dili” adlı layihəyə yekun vurulub. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə Mingəçevir şəhərində baş tutub. Layihə rəhbəri Humay Baxışovanın məlumatına görə, əsas istiqamət Azərbaycan mədəni irsi olan milli rəqsimizi öyrənmək, araşdırmaq və paylaşmaq olub: “İndiki dövrümüzdə gənclərimizin əksəriyyəti milli rəqslərdən tamamilə uzaqdır. Bizim məqsədimiz bunu aradan qaldırmaq idi. Biz layihə çərçivəsində rəqslərimizin tarixi, inkişafı, yaranma yolları barədə gənclərimizi bilgiləndirməyə çalışdıq”.
Layihə çərçivəsində yaranan klubun hazırda əhatə dairəsi genişləndirirlir. Məqsəd incəsənətə marağı olan istedadlı gəncləri üzə çıxarmağa yönəlib. Bu, həm də layihənin davamlılığını təmin etmək üçündür.
Şərhlər bağlıdır.