Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rəqəmsal Jurnalistikaya Doğru necə addımlayırıq?

İyunun 20-də jurnalistlərin qatıldığı vebinar təlimdə günün aktual mövzularına yer ayrıldı. INNOLAND-ın direktoru  Məmməd Kərim start-up nədir sualına cavab Verdi. O, Azərbaycanda bu sahədə hansı uğurlar əldə edildiyindən, kimlərin start-up-çı ola biləcəyindən, ideyadan start-up-a hansı addım və prosesləri keçməyin və start-up-ın uğurlu olması üçün nələrə əməletməyin  vacib olduğundan danışdı.

EHİM-in Data Mühəndisliyi şöbəsinin rəhbəri Toğrul Cəfərovun mühazirəsi süni intellektə həsr olundu. Süni intellektin rəqəmsal dünyada rolundan bəhs edən natiq hansı xidmətlərdə süni intellekt texnologiyasından istifadə edildiyini, Azərbaycanda süni intellektin tətbiqi və gələcək planları, EHİM-in süni intellekt həllərini açıqladı.

Blokçeyn nədir? Kriptovalyutaların ənəvəvi puldan fərqi nədir?  Azərbaycanda blokçeyn texnologiyasının tətbiqi  barədə nə bilirik? Microsoft Azərbaycanın baş meneceri  Qaçay Mirzəyev bu suallara cavab verdi. O, eyni zamanda əşyaların internet, gündəlik həyatda tətbiq imkanları,  Azərbaycanda əşyaların interneti texnologiyasının istifadəsi və gələcək imkanlar haqda fikirlərini çatdırdı.

EHİM Rəqəmsal Kommunikasiyalar şöbəsinin rəhbəri Xəyalə Fətullayeva bildirib ki, bununla da proqramın birinci mərhələsi başa çatdı:  “Proqramın ikinci hissəsində seçilmiş mövzular üzrə real halların araşdırılması və həmin istiqamət üzrə rəqəmsal xidmətlərin oxucu dilinə çevrilməsi nəzərdə tutulub. Bu mərhələdə  vebinar təlimləri bitirmiş iştirakçılar arasında müsabiqə keçiriləcək. Ən yaxşı araşdırma yazılar pul mükafatına layiq görüləcək. Hər iki mərhələdə uğurla iştirak edənlərə sertifikat təqdim olunacaq”.

ZOOM platforması üzərindən aparılan vebinar təlim Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzinin  təşkilatçılığı və Paşa Holdingin sponsorluğu ilə həyata keçirilir.

#YenilikləriKəşfEt #RəqəmsalJurnalistikayaDoğru #eGovAzerbaijan

Şərhlər bağlıdır.