Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT tərəfindən Beyləqan və Füzulidə şəhid və qazi ailələrinə dəstək göstəriləcək

164

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və  Sosial İnkişafı” İctimai Birliyi “Ermənistanın işğalının təsirinə məruz qalan bölgələrdə şəhid və qazi ailələrinə dəstək göstərilməsi” layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan  layihənin 4 ay müddətində həyata keçirilməsi nəzərdə  tutulub.

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və  Sosial İnkişafı” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr departamnetiindən Media1.az-a bildirildiyinə görə layihənin əsas məqsədi Beyləqan və Füzuli rayonlarında Vətən müharibəsi zamanı ərazi bütövlüyümüz uğrunda şəhid olmuş və  yaralanmış qazilərimizin övladlarının fərdi inkişafına yönəlmiş müxtəlif fəaliyyətlərin  təşkil edilməsindən ibarətdir.     

Layihə  çərçivəsində  Beyləqan və  Füzuli rayonlarında şəhid və  qazi ailələrinə, onların övladlarına psixoloji, loqopedik və  sosial xidmət  dəstəkləri göstəriləcəkdir. Layihəyə əsasən  cəlb olunacaq  şəhid və  qazi ailələrinin övladları və ailələrinin sosial ehtiyaclarının müəyyən olunub və onların övladlarına  müxtəlif fərdi inkişaf xidmətlərin göstərilməsi üçün fərdi qayğı planları hazırlanaraq, onlara xidmət göstəriləcəkdir. Layihə əməkdaşları tərəfindən səyyar xidmətlər də göstərilməsi nəzərdə tutulur.

Eyni zamanda layihənin fəaliyyət planına uyğun olaraq, Beyləqan və Füzuli rayonlarında şəhid ailələrinin və  qazılərin övladlarının cəmiyyətə inteqrasiyasını sürətləndirən müxtəlif  inkişafetdirici  və  bayram  tədbirləri ilə  yanaşı, ölkənin tarixi və turizm bölgələrinə  30 nəfər şəhid və  qazi övladlarının iştirak etdiyi səfər və ekskursiyanın da həyata keçirilməsı nəzərdə tutulur.

Şərhlər bağlıdır.