QHT-nin layihəsi üzrə valideynlərlə görüş keçirilib
İnkluziv təhsilə ehtiyacı olan uşaqlarla psixoloji münasibətlərinin qurulması yönümündə valideynlərinin maarifləndirilməsindən danışılıb
“Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək” İctimai Birliyi 4 avqust 2023-cü ildə Mingəçevirdə valideynlərlə görüş keçirib. Görüş Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiya məsələləri və valideynlərin maarifləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Layihə rəhbəri Eyyub Həsənov valideynlərin uşaqların tərbiyəsində rolundan, xüsusən də inkluziv təhsilə ehtiyacı olan uşaqların valideynlərinin övladları ilə psixoloji münasibətlərinin qurulması yönümündə maarifləndirilməsinin zəruriliyindən danışıb: “Uşaqlar bizim gələcəyimizdir. Bu deyimi səbəbsiz deyil. Gələcəyimizin necə olması uşaqlardan, onların tərbiyəsindən asılıdır. Tərbiyə təkcə məktəbdə və məktəbəqədər müəssisələrdə verilmir. Onun böyük bir hissəsi ailədə formalaşır. Məktəb – ailə münasibətləri nə qədər düzgün qurulsa, o qədər faydalı nəticə alınar”.
Böyük təcürbəyə malik pedaqoq – mütəxəssis Dilşad İlyasova müəllim və ya tərbiyəçi ilə müəllimlərin münasibətndən, bu sahədəki çətinliklərdən və onların aradan qaldırılması yollarından danışıb.
Lyihənin psixoloq-mütəxəssisi Reyhan Allahverdiyeva çətin tərbiyə olunan, xüsusi qayğıya ehtiyacı olan uşaqların psixoloji durumu və onlara xüsusi həssas münasibət barədə fikirlərini çatdırıb. O, diqqətə çatdırıb ki, uşaqların cəzalandırılmasında telefondan tam təcrid etmə düzgün metod deyil: “Gün ərzində 1 saata kimi telefondan istifadə edə bilərlər. Amma bu vaxta sərhəd qoymaq, məlumat mənbəyindən istifadəyə nəzarət etmək vacibdir”.
Görüşdə iştirakçılar maraqlı suallar verib, təkliflərlə çıxış ediblər. İnkluziv təhsillə bağlı qanunvericiliyin tələbləri ətraflı izah olunub, suallar cavablandırılıb. Çay süfrəsi ətrafında aparılan müzakirələr maraqlı və faydalı olub.
Şərhlər bağlıdır.