14 sentyabr 2012-ci ildə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri QHT-lərin Resurs və Təlim Mərkəzinin Mingəçevir ofisində olublar. 20-yə yaxın rayonun QHT nümayəndəsinin iştirak etdiyi tədbirin məqsədi regionlarda fəaliyyət göstərən QHT-lərin vəziyyəti və onları narahat edən problemləri öyrənməkdən ibarət olub.
Şuranın icraçı direktoru Fərasət Qurbanov QHT-lərin problemlərinə toxunaraq, bildirib ki, onların idarəçiliyində və maliyyə dayanıqlığında problemlər yaşanır. O, qeydiyyatın sadələşdirilməsi, sənədlərin tərtib olunması və hüquqi məsələlərlə bağlı problemlərin də olduğunu vurğulayıb və bunları aradan qaldırmaq üçün “Bir pəncərə” sisteminin QHT-lərə də tətbiq edildiyini deyib. Yəni heç də Bakıya getməyə ehtiyac qalmır, Ədliyyə Nazirliyinin bölgələrdəki şöbələrinə müraciət etmək olar.
Ofislərə, milli donor institutunun yaradılmasına ehtiyacdan danışan icraçı direktor Şuranın Milli Məclisə təkliflərini verdiyini deyib: “Təklif etdik ki, Bakıda, o cümlədən iri şəhərlərdə QHT-lər üçün binalar tikilsin və burada təşkilatlar toplansın. Bundan başqa təşkilatların maliyyə dayanıqlığı təklifini də irəli sürmüşük. Biz istəmirik ki, bizim QHT-lərin maliyyəsi 3000-5000 manat olsun. İstəyirik ki, onlara daha böyük maliyyə yardımları edilsin”.
Şuranın maliyyə meneceri Tofiq Həsənov QHT-lərin mühasibatlıq işinin çox zəif olduğuna diqqəti yönəldib. “Bəzən QHT-lərin mühasibatı bu sahədə ixtisislaşmamış şəxs olur. Ən çox da rayonlarda bu hallar baş verir. QHT-lərə mühasibatlıq işini qaydaya salmağı tövsiyə edərdim”.
T.Həsənov sentyabr ayından etibarən milli mühasibatlıq uçotu üzrə “Günəş” sisteminin tətbiq edildiyini, hələ ki, 100 QHT-yə təqdim olunduğunu söyləyib.
Daha sonra natiqlər QHT nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
E.İbrahimova
Şərhlər bağlıdır.