QHT benefisiarları üçün gəmi gəzintisi təşkil etdi
Hədəf qrupunun üzvləri arasında müxtəlif psixoloji testlər aparılıb, rəsmlər çəkdirilib
Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ailələrə Sosial Dayaq İctimai Birliyinin “Ailələrin Sosial Müdafiəsi” adlı layihəsi davam edir. Layihənin əsas məqsədi aztəminatlı ailələrin uşaqlarının sosial və mənəvi vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Layihənin hədəf qrupu 6-13 yaş arası uşaqlardır.
Layihənin növbəti tədbiri 27.07.2024-cü ildə “İçimizdəki istedad” mövzusunda olub. Layihə rəhbəri iştirakçıları salamlayaraq, onlara layihə haqqında, tədbir haqqında qısa məlumat verib. Daha sonra psixoloq hədəf qrupunun üzvləri arasında müxtəlif psixoloji testlər təşkil edib, rəsmlər çəkdirib. Sonra iştirakçılar üçün çay fasiləsi təşkil olunub. Fasilədən sonra pedaqoq uşaqlar üçün maraqlı enercayzerlər keçirib, daha sonra onlarla əl işləri hazırlayıb.
Nahar fasiləsindən sonra iştirakçılar layihənin həyata keçirildiyi ərazinin parkında maraqlı oyunlar oynayıb əyləncəli vaxt keçiriblər.Sonda iştirakçılar üçün gəmi gəzintisi təşkil olunub .
Şərhlər bağlıdır.