Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qazaxda “Qəhrəmanlarımızı tanıyaq” mövzusunda tədbir keçirilib

İctimai Həyatda Gənclərə Dəstək ictimai birliyi, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Qazax rayonun 4 məktəbində “Qəhrəmanlarımızı tanıyaq” mövzusunda təbdir keçirib.

Qazax rayonun təhsil şöbəsinin baş məsləhətçisi Rasim Carçıyev Tədbirin əsas məqsədinin gənclər arasında vətənpərvərlik hislərinin güclənməsinə töhfə vermək olduğunu bildirib. Layihənin mahiyyətini diqqətə çatdırmaq üçün Qazax raonunun 2-ci Qarabağ müharibəsində verdiyi şəhidlərlə bağlı kitabça hazırlanıb və görüş iştirakçılarına paylanılıb.

Layihə çərçivəsində 27 sentyabrdan başlayaraq 44 gün davam edən və “Vətən Müharibəsi” adlanan savaşda Milli Ordumuzun sarsılmaz gücünü əks etdirən  Zəfər salnaməmizi gələcəyimiz olan şagirdlərə müharibənin canlı şahidi Qarabağ qazısı Nurlan Mansurovun dilindən çatdırılıb.

 Müzəffər və yenilməz milli ordunun qəhrəmanlığı, Ali Baş Komandanın sərkərdəlik məharəti və vətənsevərliyi ilə vəhdətdə, eləcə də xalq-dövlət birliyi, ölkə vətəndaşlarının dövlətlə həmrəyliyi, 27 sentyabr 2020-ci il 44 günlük Vətən müharibəsində milli ordu bir an da olsun geri çəkilmədi. Burada açıq sual var – Niyə? Ən müqəddəm şərti ordu-hərbiçilərin məhz öz doğma torpaqlarının  işğaldan azad edilməsi uğrunda vuruşması, canlarını belə fəda edərək şəhid və ya qazi olmasındadır deyə Nurlan Mansurov şagirdlərin suallarını cavablandırıb.

 

Şərhlər bağlıdır.