Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qaradağ Günəş Enerji Stansiyasının təməli qoyuldu

Azərbaycan Enerji sahəsində yeni rekordlara imza atır

827

Ümummulli lider Heydər Əliyev demişdir: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

İqtisadiyyatı isə enerjisiz təsəvvür etmək çox çətindir. Bu mənada Qaradağ Günəş Enerji Stansiyasının təməlinin qoyulması Respublikamız üçün çox önəmli hadisədir. Gücü 230 Mvt olan bu stansiya ölkənin enerjiyə olan tələbatını daha yaxşı ödəyəcək və ölkə üçün enerji ixracını reallaşdıracaqdır.

Bu layihəni dünyada tanınmış “Masdar” şirkəti həyata keçirir. Bu mənada Azərbaycana iri şirkətlərin investitsiya qoyuluşu uğurla davam edir. Qeyd edək ki, “Masdar” şirkəti Birləşmiş Ərəb Əmirliyini təmsil edir.

Azərbaycan 4 qonşu ölkəyə enerji ixrac edir. Bərpa olunan enerji istehsalına da start verilib.

Yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA POWER” şirkəti ilə 240 Mvt gücündə külək elektrik stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 Mvt gücündə Elektrik Stansiyasının açılışı oldu və 230 Mvt gücündə Günəş Elektrik Stansiyasının təməli qoyuldu.

Bərpa olunan enerji növlərinin inkişafı Azərbaycan üçün priroritet məsələdir.

İşğaldan azad edilmiş ərazilərimiz böyük potensiala malikdirlər. Dəqiq hesablamalara görə günəş və külək enerji növlərinin istehsalı təxminən 9-10 min Mvt-a çata bilər. BP şirkəti ilə generasiya gücü 200 Mvt –dan çox olan Günəş Elektrik Stansiyasının inşası ilə bağlı danışıqlar gedir.

Azərbaycan iqtisadiyyatı son zamanlar çox böyük yüksəliş potensialından xəbər verir. Neçə-neçə Su Elektrik Stansiyaları fəaliyyətə başlayıb. Təkcə Laçın və Kəlbəcər rayonlarında 30-dan artıq SES-in qurulması nəzərdə tutulmuşdur.

Həqiqətən də enerji olmadan (əsasən də elektrik enerjisi) müasir həyatı təsəvvür etmək çox çətindir.

Azərbaycanda çox böyük neft və qaz yataqları vardır. Ölkədəki siyasi sabitliyin və ən əsası siyasi iradənin olması bütün bu işlərin uğurla həyata keçirilməsindən xəbər verir. Bu imkanlar yaxın gələcəkdə Azərbaycanın dünya miqyasında çox iri layihələrin həyata keçirilməsini tənzimləyəcəkdir.

 

FHN Aran Regional Mərkəzinin

Maarifləndirmə sektoru

 

Şərhlər bağlıdır.