Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyaları nümayiş olunub
Zəfər Günü ərəfəsində Mingəçevir Turizm Kollecində sərgi
Mingəçevir Turizm Kollecində Zəfər Günü ərəfəsində Qarabağ müharibəsi şəhidlərinin xatirə əşyalarından ibarət sərgi təşkil edilib. Açıq hava şəraitində təşkil olunmuş sərgidə əllidən çox şəhidin şəxsi əşyaları nümayiş etdirilib.
Zəfər Gününün 4-cü ildönümünə həsr olunmuş sərgidə öncə Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Antiterror əməliyyatları zamanı şəhid olmuş igidlərimizin əziz ruhuları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Kollecin direktoru Kamal Əhmədov sərginin ərsəyə gəlməsində köməklik göstərən şəhid ailələri üzvlərinə minnətdarlığını bildirib və bizi zəfərə aparan tarixi, şərəfli yol haqqında məlumat verib. Tədris işləri üzrə direktor müavini Aynurə Abbasovaya kollecin tələbələrinin vətəninə, xalqına layiqli, dövlətinə və dövlətçiliyinə sədaqətli vətəndaş kimi yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında danışıb, sərginin də məhz bu məqsədə xidmət etdiyini bildirib. Kollecin tədris şöbəsinin müdiri, tarix müəllimi Ceyhun Abdullayev dörd il əvvəl qazanılan bu qələbənin tarixdə analoqunu olmadığını və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb. Kollecin müəllimi, İkinci Qarabağ müharibəsi iştirakçısı Muraz Məmmədov isə döyüş xatirələrii bölüşüb.
Sərgi iştirakçıların böyük marağına səbəb olub. Şəhid valdeyinləri stendlərə yaxınlaşan gənclərə övladları və onların döyüş yolu barədə danışıblar. Şəhid valdeyinləri ilə çay masası arxasında görüşdə də qəhrəmanlarımızın həyat kitabının səhifələri vərəqlənib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.