Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağ həqiqətləri internetdə düzgün təbliğ olunurmu?

Noyabrın 17-da Mingəçevir Media Mərkəzində Müstəqil Jurnalistlərə Texniki  və Hüquqi Yardım İctimai Birliyi “İnternet media resurslarından istifadədə Qarabağ həqiqətlərinin düzgün təbliği” layihəsi çərçivəsində dəyirmi-masa keçirib.   Qarabağ Qaziləri, Əfqanıstan veteranları və MDU tələbələrinin toplaşdığı tədbirdə mövzu ətrafında ciddi diskussiya aparılıb, maraqlı təkliflər irəli sürülüb.

Birliyin və layihənin rəhbəri Asəf Quliyevin dediyinə görə, Azərbaycan KİV-lərində və sosial mediada Qarabağ mövzusunda xəbər və digər yazıların nə dərəcədə işıqlandırılmasının monitorinqi aparılıb və nəticələri bir neçə bölgədə keçirilən dəyirmi-masa iştirakçılarına təqdim olunub.

Layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib.

Şərhlər bağlıdır.