Qarabağ həqiqətləri internetdə düzgün təbliğ olunurmu?
Noyabrın 17-da Mingəçevir Media Mərkəzində Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi “İnternet media resurslarından istifadədə Qarabağ həqiqətlərinin düzgün təbliği” layihəsi çərçivəsində dəyirmi-masa keçirib. Qarabağ Qaziləri, Əfqanıstan veteranları və MDU tələbələrinin toplaşdığı tədbirdə mövzu ətrafında ciddi diskussiya aparılıb, maraqlı təkliflər irəli sürülüb.
Birliyin və layihənin rəhbəri Asəf Quliyevin dediyinə görə, Azərbaycan KİV-lərində və sosial mediada Qarabağ mövzusunda xəbər və digər yazıların nə dərəcədə işıqlandırılmasının monitorinqi aparılıb və nəticələri bir neçə bölgədə keçirilən dəyirmi-masa iştirakçılarına təqdim olunub.
Layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib.
Şərhlər bağlıdır.