Mədəniyyət

“Qafqaz pələngi” Mingəçevirdə

Mahir Qurbanov bildirib ki, filmi bundan sonra Bakıda, İspaniyada və Kolumbiyada təqdim etməyi planlaşdırır

İyulun 23-də Mahir Qurbanovun ilk işi olan “Qafqaz pələngi” filminin Mingəçevirdə təqdimatı olub. Aparıcı Zamik Hacıyev M.Qurbanovun həyat və fəaliyyəti barədə təqdimat mərasiminə gələnlərə qısa məlumat verib. Bildirib ki, bu gənc 2008-2012-ci illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb, 2013-cü ildə Barselona Dövlət Universitetinin siyasi təhlil ixtisası üzrə magistri olub. Latın Amerikasında nəşr olunan KİV-lərdə Azərbaycanla bağlı məqalələr yazıb, xüsusən Xocalı faciəsinin tanıdılmasına çalışıb. Bu yaxınlarda isə özünün ssenaristi, rejissoru və baş rolunun ifaçısı olduğu “Qafqaz pələngi” filminin çəkilişini başa çatdırıb.

M.Qurbanov bildirib ki, film bundan sonra Bakıda, İspaniyada və Kolumbiyada təqdim etməyi planlaşdırır. Film artıq ispan dilinə dublyaj olunub, rus, ingilis və yəhudu dillərinə tərcümə etməyi də düşünür. Həm psixoloji, həm də döyüş məqamları ilə yadda qalan film həvəskar insanların gücü, yardımı ilə və minimal büdcə hesabına Bakıda və əsasən Mingəçevirdə çəklilb. Film mafiyaya qarşı çıxan azərbaycanlı gəncin sonda qələbəsi ilə başa çatır.  

Mingəçevir Şəhər İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Mahir Əliyev, baş qəhrəmanın ustadı qismində çəkilmiş idmançı Mehman Məlikov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev,  Mahirin atası Tahir Qurbanov, kanal32.info səhifəsinin redaktoru İnqilab Şirinbəyli, ekoloq Çingiz Nəzərov, sahibkar Elnur Allahverdiyev və başqaları filmdə daha dinamik süjet xətti, inandırıcı aktyor oyunu görmək istədiklərini, bir sıra arzu və təkliflərini çatdırıblar. Müəllif bunlarla razı olduğunu və gələcəkdə nəzərə alacağını bildirib.

Tag
Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close