Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəbələdə qız şagirdlərinin idman festivalı başa çatıb

Qəbələdə qız şagirdlərinin idman festivalı başa çatıb.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan “Qəbələ qız şagirdlərinin idman festivalı” layihəsinin bağlanış tədbiri keçirilib.

Bağlanış tədbirində çıxış edən layihə rəhbəri Vüsal Abdullayev qonaqlara layihə haqqında geniş məlumat verib. Bağlanış mərasimində təhsil və gənclərlə bağlı layihələr üzrə ekspert Etiram Sadıqzadə, Qəbələ şəhər təhsil sektorunun müdiri Arifə Bayramova, təhsil sektorunun əməkdaşı Faxlulov İbrahim, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin əməkdaşları Elçin Osmanov, Müşviq Abbasov, 5 saylı məktəbin direktoru Zərnişan Ağamirzəyeva və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Etiram Sadıqzadə Qəbələ şəhərində qız şagirdlərinin idmana cəlbinin vacib olduğunu qeyd edərək, növbəti illərdə də bu kimi tədbirlərin keçirilməsinə ehtiyac olduğunu bildirdi.

Qeyd edək ki, “Qəbələ qız şagirdlərinin idman festivalı” layihəsinin məqsədi Qəbələ rayonunun məktəbli qızları arasında həvəskar idmana olan marağı artırmaq, peşəkarlığıa gedən yolda onlara dəstək olmaqdır.

Layihə çərçivəsində yüzdən çox şagird futzal, voleybol, tennis və badminton idman növü üzrə öz gücünü sınayıb.
Bağlanış mərasimi qaliblərə kubok və medalların, bütün iştirakçılara sertifikatların verilməsi ilə başa çatıb.

 

Şərhlər bağlıdır.