Mingəçevirdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi aksiya əhalinin sıx hərəkətdə olduğu alış-veriş məkanlarında gerçəkləşdirilib. Aksiyada Mingəçevir Dövlət Universitetinin tələbələrindən ibarət gənc könüllü ekoloqlar da fəal şəkildə iştirak edib.
“Polietilen paketlərə yox deyək!” aksiyası maarifləndirmə xarakteri daşıyıb. Aksiya zamanı könüllülər və ekoloq mütəxəssislər alış-veriş edən vətəndaşlara yaxınlaşaraq, politelen paket və qabların ekoloji cəhətdən zərərli tərəfləri barədə gərəkli məlumatları çatdırıb və alıcılara xüsusi olaraq aksiya üçün hazırlanan parça paketləri hədiyyə edib. Bu zaman alınan mallar polietilen paketlərdən çıxarılaraq ekoloji cəhətdən təmiz paketlərə qablaşdırılıb. Aksiya zamanı şəhər sakinlərinə üzərində şüarlar əks olunan 1000-dən çox paket vəgeyim paylanılıb.
8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən verilən məlumata görə, aksiya növbəti günlərdə diqqət çəkən digər vasitələrlə davam etdiriləcək.
Şərhlər bağlıdır.