Poçtalyon qadın:”indi insanlar daha çox məhkəmələrdən məktub alır”.
59 yaşı var gün ərzində 10-15, 1 aya 250-300 km-dən çox piyada yol qət edir. Mingəçevirdə yaşayan Zərinə Həbibova qadınların az-az maraq göstərdiyi poçtalyonluq peşəsi ilə məşğuldu.16 ildir qar,yağış,isti demədən ona verilən ərazini gəzib məktub paylayır. Xanım poçtalyon yaşının bu çağında hələ yorğunluq hiss etmir. O, hər səhər tezdən Mingəçevir şəhərindəki işlədiyi 4 saylı poçt şöbəsinin divarında yerləşdirilən qutuya yaxınlaşıb məktubları götürür. Ünvanları müəyyən etdikdən sonra isə işə başlayır. Çatdırdığı məktubların sahibləri, oxuyub sevinəndə isə sanki ona güc gəlir. Çünki indi insanlar daha çox məhkəmə məktubları alır və məyus olur.Amma gün ərzində 50-60 məktub paylayan qadın, əsgər məktublarını valideynlərinə çatdıranda daha çox sevinir.
59 yaşlı poçtalyon hündürmərtəbəli binalara məktub aparan zaman vətəndaşları tapmadıqda bəzi hallarda 3-4 dəfə qalxıb düşdüyünü deyir. Yaşının bu çağında yorulmaq bilməyən qadın ayın 4 günü istirahət edir ki, bu günlərdə də hərəkətini dayandırmır.
Mingəçevirdə yaşayan sakinlərdə illərdir onlara xidmət edən qadın paçtalyonun məsuliyyətli, mülayim biri olduğunu deyirlər.
Avtomobil sürmək bacarığı da olan zərif cinsin nümayəndəsi, sürətli yerişi ilə daha çox məktub paylamağın mümkün olduğunu deyir. Yorulmaq bilməyən 59 yaşlı qadın o qədər yüksək məvacib almasada insanların sevinci ona həm maddi, həm də mənəvi dəstək olur.
Esmira Hidayətova,Mingəçevir.
Şərhlər bağlıdır.