Poçt şöbələrində ən çox eşidilən sözlər: ”Sistem işləmir”
Əhali komunal xərclərini ödəmək üçün poçt şöbələrinə üz tutur. Lakin burada uzanan növbələr onların əsəblərini tarıma çəkir. Uzanan növbələrin səbəbini poçt şöbələrində internet sisteminin yaxşı işləməməsi ilə əlaqələndirirlər. Nəticədə insanların dəyərli vaxtının xeyli hissəsi kommunal xidmətləri ödəmək üçün gəldiklrəi poçt şöbələrində itir.
İKT-nin sürətlə inkişaf etdiyi bir ölkədə poçtlarda internetin tez-tez itməsi başa düşülən deyil.
Bu növbələrdə ən çox əziyyət çəkən aşağı təbəqənin insanlarıdır. Vəzifəli şəxslər isə növbə gözləmədən camaatın başı üstündən şöbədə işləyən xanımlara ödəniş sənədlərini ötürürlər.
Mingəçevirdəki poçt şöbələrində texniki avadanlıqlar köhnəlib. Mərkəzi poçtun rəhbəri bildirir ki, onlar əhaliyə bazar günləri də xidmət edir. Əhali əgər həftə içi bu xidmətlərdən problemsiz yararlansa, yəqin ki, bazar günü poçta gəlməyə lüzum qalmaz.
Biçarə camaat nə vaxt poçta gəlir, ancaq bu sözləri eşidir: ”Sistem işləmir”.
Şərhlər bağlıdır.