Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pi, sən çox möhtəşəmsən!

Bayaqdan çevrələr düzəldib uzunluğunu və diametrini ölçməyə çalışıram ki, Pi-ni təyin edim, hər dəfəsində fərqli qiymətlər aldım, amma 3 rəqəmi hər dəfə alındı, vergüldən sonra isə cəmi bir dəfə 1 alındı, o biri dəfələr 5, 6, 7 alındı. Bir dəfə hətta 3, 65 aldım və bölünmə bitdi. Görünür daha dəqiq ölçmələr aparmaq gərəkir. Bu təcrübəni dəfələrlə uşaqlarla birlikdə dərs zamanı da etmişik.

Çox maraqlı və əyləncəli olur, sanki həmin maraqlı, sirrli ədədi yenidən tapırıq. Karantin qaydaları isə bizi belə təcrübələrdən xeyli uzaqlaşdırıb, odur ki, evdə bəzən təkbaşına özüm etməli oluram. Nə isə, bu gün Pi günüdür. Bu ədədi ona görə çox önəmli hesab edirəm ki, “ibtidai, vəhşi insan” anlayışını 90 faiz şübhə altına alır və mən də ibtidai insanların heç də vəhşi olmadığını, əksinə bizdən daha yaradıcı, daha dürüst, beynindən, təbiətdən necə istifadə etməyin gərəkdiyini daha yaxşı bildiklərini düşünürəm. Odur ki, irrasional olsa belə, rasional düşünməyə kömək edən bu ədədi qiymətləndirməyə və ondan düzgün nəticə çıxarmağa dəyər. Riyaziyyat bizə mürəkkəbliklər deyil, daha çox məntiq aşılayır, bunu anlamaq üçün isə həm beynimizi işlətməli, həm də qəlbimizi dinləməliyik. Pi günümüz kutlu olsun!

 

Şərhlər bağlıdır.