Sosial sahibkarlıq konsepsiyası cəmiyyətdə bərabərlik, inkluzivlik kimi dəyərləri təbliğ və təşviq edən yanaşma kimi tanınır. Sosial sahibkarlıq və təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Azərbaycanda ilk dəfə Sosial sahibkarların fəaliyyətiilə daha yaxından tanış olmaq və onların hekayələrindən bəhs edən “Paylaşılan Uğur” adlı filmi hazırlanıb. Filmin çəkilişlərini “Post Vision” media qrupu həyata keçirib. Film bu sahədə ilk resurs hesab olunur və müxtəlif sosial sahibkarlıq istiqamətlərinə dair məlumat verir.
Filmin nümayişi və müzakirəsi 30 Avqust 2020-ci ildə ABŞ-ın Missuri Universitetinin məzunu, teatrşünas Zərif Bəkirovanın moderatorluğu ilə həyata keçirilib. Film Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və “Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində hazırlanıb.
Şərhlər bağlıdır.