Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Panteon” “II GƏNCLƏR KUBOKU”nun qalibi oldu

2 fevral Gənclər Günü münasibətilə “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin və “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin dəstəyi ilə Mingəçevir İntellektual Oyunlar Klubunun təşkil etdiyi “II GƏNCLƏR KUBOKU” “Nə? Harada? Nə zaman?” formatında baş tutub. “İşıqlı Gələcək” GİB-in icraçı direktoru Rəşad Qurbanov yarışa qoşulan komandalara uğurlar diləyib və qarşıdan gələn 2 fevral Gənclər Günü münasibətilə gəncləri təbrik edib,  onlara gələcək karyera və şəxsi həyatlarında uğurlar arzu edib.

Şəhərin və yaxın regionların təmsil olunduğu yarışda 10 komanda 3 mərhələ üzrə 45 sualı cavablandırıb. Sonda  Ağdaşın “Panteon”, Mingəçeviri “GO II” və !Legends” komandaları birinci, ikinci və üçüncü yerləri bölüşüblər. Bütün qalib komandalara sertifikatlar, “Panteon”a isə “II GƏNCLƏR KUBOKU” və hədiyyələr təqdim edilib.

Şərhlər bağlıdır.