«Öz tolerantlığını test et, başqalarını öyrət»
Noyabrın 2-də Humanitar Tədqiqatlar İctimai Birliyi Mingəçevir Media Mərkəzində Bərdə və Qazax rayonlarının gənc fəalları ilə münaqişələri həll edə bilmək, gender bərabərliyi üçün cəmiyyətin imkanlarını və hazırlığını müəyyən etmək məqsədilə simulyasiya oyunları keçirib. Improvizasiya ilə hazırlanan bu simulyasiya oyunlarında gənclərin fəallığı çox yüksək olub. Gənclər icmalar arasında münaqişələrin müzakirəsini aparıblar. Onlar ailədə qadın və kişi bərabərliyinin vəziyyətini göstərən səhnələşdirilmiş tədbirdə iştirak ediblər.
Layihə ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə gerçəkləşib.
Şərhlər bağlıdır.