Oyunlar, yarışlar keçirilən zaman hamının diqqəti adətən oyunçularda olur. Onların oyununu maraqla izləyirsən, müəyyən vaxt ərzində onların adlarını belə öyrənirsən. Oyununu bəyəndiyin oyunçunun isə həmişəlik azarkeşi olursan. Lakin oyunu daha diqqətlə izləyən, narahat-narahat kənarda var-gəl edən, bəzən əl-qol hərəkətləri ilə oyunçulara nəsə başa salan, bəzən də hakim ədalətsizliyinə dözməyib müdaxilə edən daha biri olur, bəli bu, məşqçidir. Bəziləri düşünür ki, məgər məşqçi əvvəldən oyunun qaydalarını, fəndləri və bütün bildiklərini oyunçulara öyrətməyib? Təbii ki, öyrədir, amma oynayıb qalib gəlməyi öyrətmək olmur. Meydanda sən və öyrəndiklərin, həm də bildiklərini yerində tətbiq etmək bacarığı artıq sənlikdir, sənin öhdəndədir. Oynamaq və qalib gəlmək sənin işindir.
Biz müəllimlər də uşaqlara çox şey öyrədirik, lakin öyrənmək və yaşayarkən onlardan istifadə etmək şagirdin hünəri və bacarığından asılıdır. Oynayıb qalib gəlməyi və tətbiq edib yaşamağı sən özün bacarmalısan!
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.