Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ordumuz Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir neçə yaşayış məntəqəsini işğaldan azad etdi

Azərbaycan Prezidenti Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir neçə yaşayış məntəqəsinin işğaldan azad edilməsi  barədə twitter səhifəsində iki məlumat paylaşıb:

Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Şərhlər bağlıdır.