Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Onlayn İctimai Nəzarət Platforması problemlərin həllinə dəstək olur

Bu günə kimi platformaya Azərbaycan Respublikasının bölgələrindən 4500-dən çox müraciət daxil olub və aiddiyəti müraciətlərin 73%-i həll edilib, qalan müraciətlər isə icra olunmaqdadır

175

Onlayn İctimai Nəzarət Platforması 2021-ci ildə yaradılıb və iyun ayından onlayn fəaliyyət göstərir. Onlayn İctimai Nəzarət Platformasının əsas məqsədi ictimaiyyəti narahat edən bir sıra məsələlərə dair vətəndaşlardan foto və ya videosübutu olan müraciətləri qəbul etmək və dövlət orqanları vasitəsilə həmin müraciətlərin həllinə nail olmaqdır. Bu günə kimi platformaya Azərbaycan Respublikasının bölgələrindən 4500-dən çox müraciət daxil olub və aiddiyəti müraciətlərin 73%-i həll edilib, qalan müraciətlər isə icra olunmaqdadır. Platforma əsasən 20 məsələyə dair müraciətləri qəbul edir. Məsələn, bunlardan tullantıların idarə olunmas, yol nişanlarının olmaması və ya zədələnməsi, yol örtüyündə yaranan problemlər, açıq lyuklar, aşmış ağaclar, heyvanlara qarşı qəddarlıq, qeyri-sosial davranışlar, transformatorlar və elektrik naqilləri ilə bağlı problemlər, boru sızması və sadalananlara bənzər məsələlər daxildir.

Əziz həmvətənlər, sizin e-nəzarət.az sayıtına daxil olmaqla qaydalar bölməsində tam siyahı ilə tanış olmaq imkanınız var. Platformaya müraciət ünvanlamaq istəyən vətəndaşlar isə, e-nəzarət.az sayıtına daxil olub, ardınca problem göndər hissəsində yaza və ya, 055-450-20-13 whatsapp nömrəsinə müraciət edə bilərlər.

Əlaqə:

Qaynar xətt: 055-450-20-13

Sayt: www.enezaret.az

Instaqram: enezaret.az  https://instagram.com/enezaret.az?igshid=YmMyMTA2M2Y

Facebook: enezaret.az  https://www.facebook.com/enezaret.az/

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.