Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Öndərin izi”

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi yeni layihəsi üzrə seçim turlarını başa çatdırıb

“Öndərin izi” layihəsi çərçivəsində Mərkəzi Aran iqtisadi rayonuna daxil olan altı rayon və bir şəhərdə seçim turları keçirilib. Seçim turlarında hər rayon üzrə hər birində 5 nəfər olmaqla komandalar “Nə? Harada? Nə zaman?” formatı üzrə 24 sual ətrafında öz güclərini sınayıblar. Seçim turlarının nəticələrinə müvafiq olaraq, hər rayon üzrə ən yüksək nəticə qazanan bir, Mingəçevir şəhəri üzrə isə iki (ötən il Gənclər Paytaxtı olduğu üçün) komanda finala vəsiqə əldə edib. iştirak edib. Kürdəmir, Ucar, Zərdab, Göyçay, Yevlax, Mingəçevir Gənclər Evlərində və Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən seçim turlarına 49 komanda qatılıb.

Layihənin məqsədi gənclər, xüsusilə də Mərkəzi Aran iqtisadi rayonuna daxil olan rayon və şəhərlərdə yaşayan, təhsil alan və fəaliyyət göstərən gənclər arasında Ulu Öndər irsinin təbliği, onun həyat və fəaliyyəti haqqında məlumatların aşılanması və bunun intellektual yarış əsasında həyata keçirilməsindən ibarətdir. Bu mənada seçim turlarının sualları Heydər Əliyevin həyatı və fəaliyyətinə həsr olunub.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən Mərkəzi Aran iqtisadi rayonunda həyata keçirilir.

Şərhlər bağlıdır.