Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ömrünün 50 ilini müəllimlik peşəsinə həsr edən alim

Müəllim elm, bilik xəzinəsinin qapılarını insanların üzünə açan bir varlıqdır. Biz xəzinəyə inamla daxil olanlar, həyatın enişli-yoxuşlu yollarında büdrəməyənlərdən, öz biliyi və əməkləri ilə cəmiyyətin inkişafına tövhə verənlərdən olmaq üçün müəllimimizdən bilik almağı daha üstün tutmalıyıq. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur.Müəllim nufuzunu ilk növbədə müəllim özü qazanmalıdır.Belə nüfuz sahiblərindən biri də nəinki Mingəçevirdə hətta ölkədən kənarda da tanınan Mingəçevir  Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, respublikanın əməkdar müəllimi Mayıl İsmayılovdur.Mayıl İsmayılov ömrünün 50 ilini  bu sahəyə həsr edib .Qeyd edək ki,Mayıl İsmayılov Azərbaycanda ilk tətbiq olunan azəri ingilis dili fakultəsini bitirib.(O vaxtı həm azərbaycan dilini,həm də ingilis dilini mənimsədirdilər)Bu illər ərzində orta məktəbdə müəllim,direktor müavini,təhsil şöbəsində məktəb inspektoru və 1990-cı ildən Azərbaycanda başlayan yeni tədris müəssisələrinin yaranması prosesində iştirak edib və Azərbaycanın ilk liseylərindən olan Mingəçevir şəhər Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin yaradıcısı və  direktoru olub. Liseydə ingilis dili tədris edib və paralel olaraq Mingəçevir Politexnik İnstitutunda(indiki MDU) eyni zamanda Azərbaycan Müəllimlər İnstiutunun  Mingəçevir  filialında ingilis dilini tədris edib. Hal hazırda Mayıl İsmayılov MDU –də müxtəlif fənlərdən mühazirələr oxuyur və bəzən də xarici ölkələrə dəvət də alır.İlk ezamiyyəti YORK universiteeinə olub və magisirlər qarşısında mühazirələr oxuyub.Ötən il   Erasmus+ proqramı çərçivəsində Sloveniyada Novo-Qoriça Universitetində mühazirə deyib. Mayıl İsmayılov Novo-Qoriça Universitetinə müəllim mübadiləsi ilə yanaşı, Azərbaycanın böyük şairi Nizami Gəncəvi irsinin Sloveniyada öyrənilməsi məqsədilə dəvət olunmuşdur.

Mayıl İsmayılov mühazirələrdə bildirib ki, Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.Azərbaycan ədəbiyyatının böyük nəhənglərindən olan İ.Nəsiminin 650 illik yubleyi ilə əlaqədar həmin universitetlərlə Nəsimi haqqında materiallar mübadiləsi edir və onlara Nəsiminin yaradıcılığı haqqında ətraflı məlumat göndərib.

Qeyd edək ki, xarici dil tədris edən Mayıl İsmayılovun  həyat yoldaşı Mələknisə xanım da eyni ixtisas sahibidir. İllərdir onunla çiyin-çiyinə çalışır. Bir sözlə həyatda ər-arvad, məktəbdə həmkardırlar. Müəllim peşəsinin sahibləri Mayıl İsmayılov və Mələknisə İsmayılova, Mingəçevirdə yaşayırlar. Uzun illər eyni təhsil ocağında çalışan cütlük hazırda da sevimli peşələri ilə məşğuldurlar. Əməkdar müəllim Mayıl İsmayılov Mingəçevir Dövlət Univeristetində, Mələknisə İsmayılova isə Təbiət Riyaziyyat Humanitar Elmlər Təmayüllü liseydə ingilis dili fənnini tədris edir.

Mələknisə İsmayılova evdə də həyat yoldaşına müəllim deyə müraciət edir. Ailə öz aralarında ingiliscə danışmağıda unutmur.

Onların mənzili kiçik kitabxananı xatırladır. Evin xanımı bildirir ki, kitablar, lüğətlər onların sevimli əşyalarıdır.

Peşə bayramında ilk təbrikini nəvəsindən alan nənənin sevinci isə hədsizdir. İsmayılovlar ailəsində müəllim günü milli bayramlar kimi qeyd edilir.Mayıl müəllim bizə bir sirri də açdı.Bildirdi ki,öz həyat yoldaşına 10 –cu sinifdə dərs deyib.Daha sonra əsgərlik xidmətini başa vurduqdan sonra sevdiyi xanım orta məktəbi bitirib ali məktəbə daxil olmuşdu.Bu yaxınlıq daha sonra ailə izdivacına bir nərdivan oldu.Ailə bu gündə xöşbəxt notlar üzərində köklənib.Onlar üçün dil birliyi,əməl birliyi,söz birliyi bir –birlərini anlamaqda onların övlad tərbiyələrində də köməklərinə gəlib.  45 illik tarixi olan müəllim ailəsinin 2 qız övladı var ki,onlar valideynlərindən fərqli həkimlik peşəsini seçiblər.

İsmayılovlar 5 oktyabr müəllimlərin peşə bayramını xüsusi təmtəraqla qeyd etdiyini deyir və bildirir ki,bu peşə bayramından daha çox bu bizim əməl bayramımız,zəhmət bayramımız, bizim həyatda qazandığımız  uğurların bayramıdır ded:”Mənim dost tanışlarım deyir ki,bəs sənin doktorluq disertasiyan yarımçıq qaldı deyirəm ki,mənim yüzlərlə əsərlərim var sual verirlər ki,bəz bu əsərlər hanı oxumamışıq onda deyirəm ki,mənim şagirdlərim,tələbələrim mənim əsərlərimdir. Əgər mənim  şagirdlərim elmi titul almış adamlardısa niyə mən fəxr etməməliyəm.Bu gün onlar bayram münasibəti ilə xarici dövlətlərdən ,öz olkəmizdən zəng edib təbrik edirlərsə müəllimə bundan artıq heç bir hədiyyə ola bilməz.Həyatda isə ən böyük hədiyyələri onların 4 nəvələridir.

Şərhlər bağlıdır.