Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Oğul” filmi mingəçevirli Natiq Qasımovun böyüdüyü şəhərdə nümayiş olundu

Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan sənədli film Birinci Qarabağ müharibəsində itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışı barədədir

432

Martın 14-də Mingəçevirdə Heydər Əliyev Mərkəzində Oğul” sənədli filminə baxış keçirilib. Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan film 1992-ci ildə Ermənistan-Azərbaycan müharibəsi zamanı əsir götürülən və itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışı barədədir. 47 dəqiqəlik film 2021-ci ildən etibarən beynəlxalq film festivallarında təmsil olunur.

Baxışda şəhərin hökumət rəsmiləri, şəhid valideynləri, ictimaiyyət nümayəndələri ilə  yanaşı Natiq Qasımovun ailə üzvləri də iştirak ediblər. Onlar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov həm birinci, həm də ikinci Qarabağ müharibələrində mərdliklə döyüşən  və şəhidlərimizin qanı, qazı və veteranlarımızın şücaəti bahasına 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunmasından danışıb. Şəhid ailələri cəmiyyətinin sədri İranə Həsənova, Qarabağ qazısı Əliağa Bəndalıyev, Natiqin qardaşı Nofəl Qasımov fikirlərini bölüşüblər.

Filmin Azərbaycanda ilk təqdimatı fevralın 28-də Bakıda Nizami Kino Mərkəzində keçirilib.

 

Fotolar Esmira Hidayətovanındır.

Şərhlər bağlıdır.