Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ofisdə təmir işləri aparılması üçün təklif elanı

Maraqlananlar qiymət təkliflərini 2024-cü il iyulun 27-dən avqustun 10-dək göndərə bilərlər

9

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyilə “Mingəçevir Resurs Mərkəzi” MMC təşkilatın Mingəçevir şəhəri, Rəsul Rza küçəsi, 23 saylı ünvanda yerləşən ofisində yüksək keyfiyyətli təmir işləri aparılması üçün fiziki və hüquqi şəxslərdən təkliflər gözləyir:

 

AdıÖlçü vahidiMiqdarı
1Döşəmənin dəyişdirilməsi (metlax və lambirin döşənməsi)kv.metr107
2İç qapıların və arakəsmələrin qoyulmasıədəd3
3İç divarların təmirikv.metr144
4Çöl qapıların dəyişdirilməsiədəd2
5Binanın fasadının təmirikv.metr60
6Sanitar qovşaqların təmiri və dəyişdirilməsikv.metr35

EhtimaL OLUNAN QİYMƏT HƏDDİ:  15530 manat

Ödənişlər müqavilə əsasında, hesab faktura və elektron qaimə təqdim etməklə həyata keçiriləcək. Maraqlananlar qiymət təkliflərini 2024-cü il İYULUN 27-DƏN AVQUSTUN 10-DƏK aşağıdakı ünvana göndərə bilərlər:

farman.nabiyev@gmail.com

 

Mingəçevir Resurs Mərkəzi MMC

 

Şərhlər bağlıdır.