Növbəti mitap təlimi dekabrın 12-də Mingəçevirdə keçirilib
Mingəçevir Valideynlər Assosiasiyası Çexiya (“Transitions”) və Polşadan (“Linking Media”) olan tərəfdaşları ilə birgə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair növbəti mitap təlimini dekabrın 12-də təşkil edib. Mingəçevir Media Mərkəzində baş tutan təlimə MDU-nun tələbələri qatılıblar.
Təlim zamanı kirill və ingilis əlifbası ilə yazılan və bir-birinə oxşar görünən söz və rəqəmlərin cədvəllərin qurulması zamanı fərq yaratdığı barədə iştirakçılara məlumat verilib. Media üzrə mütəxəssis Lyaksey Lyavonçik izahat verib ki, məlumatların düzgün daxil edilməsi və cədvəllərə ad qoyulması başlıca şərtdir: “Məsələn, Azərbaycan manatının dollara nisbətən nə dərəcədə dəyişməsini diaqramda göstərmək istəyirsiniz. Bu cür məlumatları daxil edən kimi, xətlərdə aydın mənzərə yaranır. Bu zaman rənglərin seçilməsi çox vacibdir. Məsələn qırmızıdırsa, bu ciddi narahatlıq deməkdir. Yaşıldırsa, enmə üzrə gedirsə, rahat olmağa dəyər”.
İdeyaların təqdimatından sonra beyin həmləsi ilə auditoriyanın fikri öyrənilib. Məqsəd harada nəyi yaxşılaşdırmaqla bağlı idi. İştirakçılar komandalara bölünərək, hərəsi üzərində işləmək üçün bir ideyanı götürüb. Onlar Azərbaycanda yaşayan etnik qrupların tərkibi ilə bağlı diaqram hazırlayıblar. Mitapın sonunda işlənmiş layihələrin təqdimatı keçirilib.
Təlim iştirakçıları gələcəkdə öz ideyalarını inkişaf etdirmək üçün Linking Media mütəxəssisindən kömək alacaqalar. Onlar sonralar MVA/LM/Tranzitions təşkilatlarının Avropada sonrakı tədris proqramlarında seçimlərdə iştirak edə biləcəklər.
Şərhlər bağlıdır.