Azərbaycanİdman

Nic qəsəbəsində keçirilən şahmat birinciliyində həkim çempion olub

Oəbələ rayonunun Nic qəsəbəsində qədim zamanlardan bəri Azərbaycanın unukal tayfalarından biri olan udinlər məskunlaşıb. Bu gün onlar bu qəsəbədə və ətraf kəndlərdə yaşayan digər xalqlarla mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, fəaliyyət göstərirlər. Qəsəbədə vaxtaşırı tarixi və bayram günləri ilə əlaqədar müxtəlif idman yarışları təşkil olunur. Novruz bayramı günlərində start götürən, 20 gündən çox davam edən və bu günlərdə yekunlaşan şahmat birinciliyi də belə maraqlı yarışlardandır. Yarışda Nic qəsəbəsinin və əraf kəndlərin 18 idmançısı iştirak edib.

Yarışn təşkilatçısı kənd sakini, idman müəllimi Valter Aşurovdur. O, şahmatın və digər idman növlərinin kütləviləşməsinə, bu məqsədlə vaxtaşırı müxtəlif yarışların təşkilinə neçə illərdir ki,  ciddi fikir verir. Yaxın dövrlərdə keçirilmiş futbol və dama yarışları kimi bu yarış da onun təşəbbüsü ilə təşkil olunub.

Finalda Qəbələ rayon Nic qəsəbəsinin sakinləri – həkim Zaur Baxışov və idman müəllimi Valter Aşurov görüşüblər. Həkim qalib gələrək qəsəbə çempionu, V. Aşurov isə İİ yerin sahibi olub. Qaliblərə pul mükafatı verilib.

Qəsəbədə 28 May İstiqlal günü şərəfinə dama  birinciliyinin də keçirilməsi nəzərdə tutulur. Yarışın yüksək səviyyədə təşkili üçün lazımı hazırlıq işləri aparılır.

 

Ağalət Baxışov,

“Azərbaycan harayı” jurnalının bölqə müxbiri

Tag
Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close