Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Nazirlik: Sahibkarlara üç milyon manatın ayrılması təmin edilib

Prezident tərəfindən yanğından zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi təmin olunub. 

Maliyyə Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli Sərəncamında verilmiş tapşırığın icrası təmin edilib:

“Elə bu gün Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə üç milyon manatın ayrılması təmin edilib”.

Источник: oxu.az

Şərhlər bağlıdır.