Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Naib Rüstəmov 67 yaşında dünyasını dəyişib

Naib Əbülfət oğlu Rüstəmov 1947-ci il sentyabrın 20-də Ağdam rayonunda doğulmuşdu.1960-cı ildən Mingəçevirdə yaşayırdı. Təhsilini 1 saylı orta məktəbdə almış və əmək fəaliyyətinə 1963-cü ildə keçmiş Toxuculuq Kombinatında başlamışdı.1966-cı ilə qədər həmin müəssisədə usta köməkçisi işləmişdi. Sonralar mərhum jurnalist Fidail Abdullayevin təşəbbüsü və köməyi ilə “Mingəçevir işıqları” qəzeti redaksiyasına işə götürülmüşdü. 1975-79-cu illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdır. 1979-89 cu illərdə Mingəçevir Şəhər İcraiyyə Komitəsində təşkilat şöbəsinin müdiri olmuşdur. Daha sonra rus dilində nəşr olunan “Oqni Minqeçaura”, həmin qəzetin bazasında yaradılan, şəhər Sovetinin və sonradan İcra Hakimiyyətinin orqanı olan “Səda”qəzetinin baş redaktoru kimi çalışmışdır. 2005-ci ildən ta vəfat edənə qədər “Mingəçevir “qəzetinin baş redaktoru idi.
Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2005-ci il tarixli sərəncamı ilə N.Ə.Rüstəmova “Əməkdar Mədəniyyət işçisi” fəxri adı, dəfələrlə şəhər rəhbərliyinin fəxri fərmanı verilmişdir.Ailələydi, 3 övladı vardı.
Son aylarda işə çıxa bilməyən və uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Naib Əbülfət oğlu Rüstəmovun xatirəsi naibsevərlərin qəlbində daim yaşayacaqdır. Allah rəhmət etsin.

Şərhlər bağlıdır.