Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“N.Gəncəvi” məhəlləsində sakinlərin problemləri dinlənildi

Mingəçevir bələdiyyəsi məhəllə komitələri ilə görüşlərini davam etdirir. Növbəti görüş “N.Gəncəvi” məhəllə komitəsinin ərazisində (Y.Mansurov küçəsi, ev 7, A.Şaiq küçəsi, ev 7) baş tutub. Məhəllə komitəsinin sədri Əbülbət Babayev, sakinlər Əmrah Mustafayev, İbrahim Əhmədov, Nuh Bəhədov və Nuriyyə İbrahimova məhəllənin problemlərindən danışıblar. Onlar xeyir-şər mağarının təmiri, ağacların suvarılması, poçt şöbəsinin açılması, yarımçıq idman kompleksinin və istilik sisteminin bərpası, söhbətgahın təmir edilməsi, həyətdə oturacaqların qoyulması və digər məsələləri qabardıblar. Bələdiyyənin sədri Coşqun Abdullayev əmlak vergisinin ödənilməsinin vacibliyinə diqqəti yönəldib və problemlərin aradan qaldırılması üçün aidiyyatı qurumlarla birgə çalışacaqlarını bildirib. O, həm də belə görüşlərin davamlı olmasını arzulayıb.

Görüşdə bələdiyyə üzvləri Zahid Qasımlı və Sahib Hüseynov, İH başçısının nümayəndəsi Faiq Mustafayev iştirak ediblər.

Şərhlər bağlıdır.