“Müasir şagirdə müasir yanaşma” layihəsi Oğuz şəhər Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü Liseydə uğurla həyata keçirilib.
Bağlanış tədbirində Layihə rəhbəri Təranə Zəkəriyyəyeva 5 ay davam edən layihədə mentorların şagirdlərin intellekt düşüncəsinə, dünya görüşünə uyğun hazırladıqları təlim paketi çərçivəsində şagirdlərə”fiziki və psixi inkişafı”, ” idrak proseslərinin inkişafı”, “ailədaxili münasibətlər və rollar” , “məktəblinin şəxsiyyətinin formalaşması xüsusiyyətləri”, “stressi tanımaq və onu idarə etmək”, “məktəblilərdə hislərin inkişafı” , “məktəblilərdə olimpiyada biliklərinin artırılması” , məktəblilərin peşə istiqamətlərində inkişaf etdirilməsi” mövzularında təlimlərlə yanaşı, onlara şəxsi inkişafı, karyera planlaması və müxtəlif istiqamətlərdə maraqlı oyunlar tərtib etdiklərini vurğulayıb.
Liseyin direktoru Qəmzə Süleymanova 5 aylıq marafonu yaxından izlədiyini, layihənin şagirdlərin intellekt səviyyələrini gücləndirdiyini qeyd edib.
Layihənin eksperti Aynur Quliyeva layihənin uğurla həyata keçirildiyini, müxtəlif istiqamətlərdə keçirilən təlimlərin şagirdlərin istəklərinə uyğun tərtib edildiyini vurğulayıb.
Kanal.32 saytının həmtəsisçisi, El Televiziya şirkətinin aparıcısı filioloq İnqilab Şirinli layihəyə cəlb olunan şagirdlərin efir zamanı çıxışının natiqlik bacarıqlarının yüksək olduğunu bildirdi. Bununla yanaşı bu kimi layihələrin tədris inkişafına, şagirdlərin sosial-psixoloji adaptasiyasına töhfə olduğunu qeyd edib.
Layihənin təlimçisi, Mingəçevir Dövlət Universitetinin müəllimi Şəbnəm İslamova bu layihədə iştirak edən şagirdlərin müasir dünyagörüşlü, intellektli və lider ruhlu olduqlarını qeyd etdi. Onların şəxsi inkişafina töhfə olan layihənin davamlılığında müxtəlif tədbirlərin həyata keçirilməsində dəstək olacağını vurğulayıb.
Şagirdlərə Komanda quruculuğu, Vətəndaş cəmiyyət mövzularını aşılayan, İntellekt səviyyələrini gücləndirən Breyn-rinq yarışını keçirən Mingəçevir Dövlət Universitetinin TGT sədri Pənah Kərimov, layihənin davamlılığında şagirdlərin müxtəlif intellektual yarışlarda inamla iştirak edəcəklərini bildirdi.
Natiqlik təlimlərini həyata keçirən təlimçi Səkinə Adıgözəlzadə şagirdlərin fərqli istiqamətlərdə inkişafına töhfə olan bu layihənin davamlılığında şagirdlərin auditoriya qarşisinda çıxışı zamanı daha uğurlu nitqlə özlərini ifadə edəcəklərini bildirib.
Məktəbin psixoloqu şagirdlərdə duyğu, düşüncə modelinin yaxşılaşdırılmasına, sosial-psixoloji mühit adaptasiyasına təkan verən layihənin uğurla icra olunduğunu qeyd edib.
Daha sonra şagirdlərə sertfikatlar verilib
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi nin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.
Şərhlər bağlıdır.