Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Müasir şagirdə müasir yanaşma” layihəsinin müsahibə mərhələsi keçirilib

32

Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7-ci qrant müsabiqəsi”nin qalibi olan “Müasir şagirdə müasir yanaşma” layihəsinin test üsulu ilə müsahibə mərhələsi həyata keçirilib.

Oğuz şəhər E. Abdullayev adına 2 nömrəli Təbiət-Texniki Liseyində şagirdlərin sosial inkişafına yönəlmiş layihə çərçivəsində keçirilən sosia-psixoloji test mərhələsinin nəticələri məktəbin psixoloqu Pərvanə Əhmədova tərəfindən  yoxlanılıb.

Layihə rəhbəri Təranə Zəkəriyyəyeva və işçi qrupu, testlərin qiymətləndirilməsindən sonra müsahibə mərhələsini həyata keçirib. Müsahibə mərhələsində uğur qazanan şagirdlərə layihə haqqında ətraflı məlumat verilib.

Layihənin adına və məqsədinə uyğun olaraq şagirdlərin istəklərinə uyğun müasir yanaşma mühitinin formalaşdırılması ilə bağlı müzakirələr edilib.

”Stressi tanımaq və onu idarə etmək”,  “Məktəblilərdə hislərin inkişafı”, “Ailədaxili münasibətlər və rollar”, “Məktəblinin şəxsiyyətinin formalaşması xüsusiyyətləri”, “Məktəblilərin fiziki və psixi inkişafı” kimi mühüm mövzuları özündə əks etdirən “Müasir şagirdə müasir yanaşma” layihəsinə cəlb edilən 20 şagird təlimlərə yönəldilib.

 

Şərhlər bağlıdır.