Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Müasir şagirdə Müasir yanaşma layihəsi bir ilkə imza atıb

88

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi”nin qalib layihələrindən olan “Müasir şagirdə Müasir yanaşma” layihəsi uğurla davam etdirilir.

Oğuz şəhəri Emin Abdullayev adına Texniki -Təbiət təmayüllü liseyin direktor müavini Təranə Zəkəriyyəyeva  rəhbəri olduğu layihə haqqında ictimaiyyətə məlumat verib.

T. Zəkəriyyəyeva Layihənin əsasında dayanan məsələlərin uğurla həyata keçirildiyini qeyd edib. Layihənin müasir təhsil sistemində ilkə imza atdığını qeyd edən T. Zəkəriyyəyeva  məktəblilərin öyrənmə prinsipinin layihəyə cəlb olunan mentorlar tərəfindən müəyyənləşdirildiyini qeyd edib. T. Zəkəriyyəyeva, şagirdlərin düşüncələrinə uyğun hazırlanan təlimlərin yüksək marağa səbəb olduğunu bildirib.

Layihənin məqsədinə uyğun olaraq 2-ci ay şagirdlərin öyrənmək istədikləri metodlar əsasında layihənin eksperti tərəfindən hazırlanan təlim paketinə uyğun təlimçilərin layihəyə cəlb olunduğunu və, 8-9-10 cu sinif şagirdlərininin özünüinkişaf bacarıqlarının təkmilləşdirilməsi istiqamətində  keçirilən layihədə onların maraq dairəsinə uyğun müxtəlif təlimlərin həyata keçirildiyini qeyd edib. Əsasən “Şəxi İnkişaf”, “Diqqət”, “Zaman”, “Natiqlik”, “Komanda quruculuğu” istiqamətlərində keçirilən təlimlərin davam etdiyini qeyd edən layihə rəhbəri, şagirdlərin sözügedən istiqamətdə yüksək davranış modelləri sərgilədiyini vurğulayıb.

 

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.