Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirli uşaq dərmandan zərər görüb

Mingəçevir sakini  övladı üçün həkimin yazdığı resepti təqdim edib aptekdən dərman alıb.  Bir müddət istifadə etdikdən sonra siropun içərisində qara rəngdə qırıntılar aşkarlandı. Xoşagəlməz hadisə

Energetiklər qəsəbəsinin sakini Tahir Mikayılov Mingəçevirdəki apteklərin birindən 16 manat 80 qəpik ödəniş edərək, kiçik övladı üçün sirop alıb. Uşaq10 gün həmin siropu qəbul etdib və bu zaman müəyyən sancıları yaranıb. Şəhər sakini aldığı dərmanın icərisində məlum olmayan qırıntıları gördükdən sonra narahatdır ki, o, övladına əks təsir edə bilər. Tahir Mikayılov 30 yaşlı digər övladının illər öncə qəbul edilən dərmandan şikəst olduğunu və buna görə də məsələni ictimailəşdirməyi vacib hesab edib.

Məsələ ilə  bağlı haqqında danışılan dərmanın satılğı  aptekdə olduq. Satış müdiri Elvin Əhmədov bildirdi ki, şəhər sakini Tahir Mikayılov martın 14-də həmin siropu alıb və 10 gün sonra onda hər hansı qara rəngdə qırıntıların olduğunu görüb: “Bu zamana qədər dərman bəlkə də  normal şəraitdə saxlanmayıb”.

Şərhlər bağlıdır.