Bir neçə ay qabaq Mingəçevir şəhərində qızıl mağazasından böyük məbləğdə əşyalar oğurlayan şəxs saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs ,əvvəllər məhkum olunmuş şəhər sakini Elnur Mahmudov Bakının Səbail rayonunda həbs olunub. Onun kirayə yaşadığı evə baxış keçirilən zaman oradan oğurlanmış qızıl əşyaları və müqəssirin onların bir hissəsini sataraq əldə etdiyi 4 min manat pul maddi sübut kimi götürülüb. Faktla bağlı Mingəçevir polis şöbəsində cinayət işi açılıb,araşdırma aparılır.
Oğurluq hadisəsi ötən il oktyabrın 25-də baş verib. Sahibkar Adil Yusifov ona məxsus mağazadan günorta saatlarında ümumi dəyəri 100 min manat olan qızıl-zinət əşyaların oğurlanması barədə polisə müraciət etmişdi.
Şərhlər bağlıdır.