Mingəçevirli məktəblilər ölkənin cənub bölgəsinə yola düşdülər
”Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təhsildə fərqlənən bir qrup Mingəçevir məktəblisi ölkəmizin cənub bölgəsinə yola düşüb. Şəhərin Heydər Əliyev Mərkəzinin qarşısında düzənlənən yola salma mərasimində valideyinlər, təhsil işçiləri, ictimayyət nümayəndələri iştirak ediblər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev bildirib ki, 40 şagird 4 gün müddətində Lənkaran, Masallı, Astara bölgələri ilə yaxından tanış ola biləcəklər: “Şagirdlərimiz Lənkaranda Bayraq Meydanına, H.Əliyev Mərkəzinnə, Gənclər Evinə ekskursiya edəcək, Milli Parka, Qoşa Qala qapılarına, Həzi Aslanovun ev muzeyinə, Dairəvi Qalaya baş çəkəcəklər. Digər rayonlarda da onları gəzməli, görməli yerlər gözləyir”.
17 saylı məktəbin 9-cu sinif şagirdi Kərəm Əzimli Azərbaycanın bölgələrini tanıyacağına, tarixi abidələrlə və yeni dostlarla tanış olacağına ümid edir: “Çalışacağam ki, bunları yadda saxlayım”.
13 saylı məktəbin 10-cu sinif şagirdi Fidan Əhmədova isə düşünür ki, bu tur onun və yoldaşlarının bilik və dünyagörüşünü artırmağa kömək edəcək.
İki övladını ekskursiyaya yola salan valideyn Zemfira Əhmədova bu layihəyə görə ölkə başçısına təşəkkürünü çatdırdı: “Sağ olsun ki, belə bir addım atıb. Biz övladlarımıza bölgələrimizlə bağlı o qədər də məlumat verə bilmirik. Bu cür tur-aksiyaların təşkili uşaqlarımıza böyük hədiyyədir”.
Şərhlər bağlıdır.