Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə Novruz şənliyi

197

Şəhərin S. Vurğun meydanında Novruz şənliyi keçirilib. Bayram təntənəsi  zurnaçıların müşayiəti,  Dədə Qrqud və Bahar qızının gəlişi ilə başlayıb. Şəhərin incəsənət ustalarının ifasında meydanda şən musiqilər səslənib. Uşaq Yaradıcılıq Mərkəzinin milli geyimli qız və oğlanları şən rəqsləri ilə tədbirə rəngarənglik qatıblar. İdmançılar və kəndirbazlar  da öz məharətlərini nümayiş etdiriblər. Novruzun personajları olan  Keçəl və Kosa öz ənənələrinə sadiq qalaraq, yumurta döyüşdürüb,  məzəli əhvalatları ilə xoş ovqatlar yaradıblar.

Bayram tonqalını yandıran şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov mingəçevirlilərə təbriklərini çatdırıb, bütün dünyaya sülh, əmin-amanlıq arzulayıb.

Şərhlər bağlıdır.